“İQNA”-nın İmam Əli (ə) hərəminin rəsmi saytına istinadla verdiyi xəbərə görə, hərəmin müqəddəs həyəti hər il Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum günü münasibətilə keçirilən 18-ci illik «İffət» festivalı çərçivəsində bu məclisə ev sahibliyi edib. Məclisin proqramlarını isə hərəmin Fikri və Mədəni İşlər bölməsinə bağlı Darul-Quran icra edib.
Darul-Quran bölməsinin məsulu Əla, Möhsin bu barədə bildirib: “Məclis tanınmış qiraətçilərin – Cəlal əl-Bəhədli, Əla əl-Kərbəlayi və Əhli-Beyt (ə) məddahlarından Təqi Şükri – iştirakı ilə keçirildi. Tədbir çərçivəsində hərəmin rəhbərliyi tərəfindən zəvvarlara hədiyyələr və mükafatlar təqdim olundu.”
Qeyd edək ki, illik «İffət» festivalı hər il bir həftə müddətində Nəcəfdə keçirilir və müxtəlif proqramlardan ibarət olur.
Festivalda müxtəlif xalq qrupları iştirak edir, qadınlara xüsusi fəaliyyətlər, mədəni və ictimai proqramlar, həmçinin uşaqlar üçün nəzərdə tutulmuş xüsusi tədbirlər bu böyük mədəni-dini hadisənin tərkib hissəsini təşkil edir.
4322125