IQNA

Məscidül-Əqsanın qari və müəzzini vəfat edib

21:45 - December 14, 2025
Xəbər sayı: 3499400
İQNA – Məscidül-Əqsanın qari və müəzzini şeyx Yasir Qəlibo müsəlmanların ilk qibləsində uzun illər ibadətdən sonra vəfat edib.

“İQNA”-nın “Qahirə 24”-ə istinadən verdiyi məlumata görə, azan və Quran tilavətində seçilən səsi ilə tanınan, həmçinin Məscidül-Əqsanı sionist işğalçılara qarşı müdafiə edən şeyx Yasir Qəlibo cümə günü dünyasını dəyişib.

O, həyatının böyük hissəsində Məscidül-Əqsada fəal iştirak edib, bu məsciddə keçirilən Quran qiraəti məclislərinə qatılıb və Əl-Əzhər Universitetində təhsil almış Qüds və Fələstinin ən tanınmış simalarından biri olub.

Şeyx Yasir sadəcə adi bir müəzzin və qari deyildi; o, adı Məscidül-Əqsa, onun insanları və ziyarətçiləri ilə sıx bağlı olan önəmli dini simalardan sayılırdı.

O, bu məsciddə sakit və xuşu dolu səsi ilə azan verər, Quran oxuyardı və minlərlə fələstinli namaz vaxtlarında və dini mərasimlərdə Məscidül-Əqsanın daxilində onun səsini eşitməyə alışmışdı.

Bu qari və müəzzin Məscidül-Əqsaya daimi sədaqəti ilə tanınırdı və bölgədəki çətin şəraitə və təhlükəsizlik çağırışlarına baxmayaraq, bu xüsusiyyəti onu məscidin namaz qılanlarının gündəlik dini həyatının ayrılmaz hissəsinə çevirmişdi.

Şeyx Yasir Qəlibo dini elmlərin öyrədildiyi bir mühitdə doğulub boya-başa çatmışdı. O, həyatı boyu dini və məzhəbi məclislərdə iştirak edib və Məscidül-Əqsanın səhn və həyətlərindəki davamlı varlığı dininə və cəmiyyətinə xidmət yolunda fədakarlığının nümunəsi olmuşdur.

4322762

captcha