“İQNA”-nın İraq rəsmi xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İraq Mədəniyyət Nazirliyi çərşənbə günü elan edib ki, 57 ölkənin iştirakı ilə mədəniyyət nazirlərinin konfransını keçirməyi planlaşdırır.
İraq Mədəniyyət Nazirliyinin rəsmi sözçüsü Əhməd Kərim əl-Ulyavi bildirib ki, 2026-cı ildə İraq böyük mədəniyyət tədbirlərinə şahidlik edəcək. Bu, Bağdadın İSESCO tərəfindən İslam ölkələrinin mədəniyyət paytaxtı seçilməsindən sonra baş verəcək.
O qeyd edib ki, bu seçim təşkilata üzv bütün ölkələrin müsbət səsi ilə həyata keçirilib.
Nazirliyin sözçüsü xəbər verib ki, İraq tarixində ilk dəfə Bağdad İslam ölkələrinin mədəniyyət nazirləri konfransına ev sahibliyi edəcək.
O vurğulayıb ki, bu ev sahibliyi 57 ölkə ilə mədəni və sivilizasiya əlaqələrinin güclənməsinə, həmçinin tərəfdaşlıq perspektivlərinin açılmasına və digər ölkələrlə münasibətlərin qurulmasına imkan yaradacaq.
4324893