IQNA

Oman müftisinin Venesuela hadisələrinə reaksiyası:

Meşə siyasəti dünya cəmiyyətinə hakim olub!

9:12 - January 05, 2026
Xəbər sayı: 3499539
İQNA – Oman müftisi ABŞ hökumətinin addımını və Venesuelaya təcavüzünü tənqid edərək vurğulayıb: “Venesuelada baş verən hadisələr hər bir ağıllı insanı heyrətə salır və sanki meşə siyasəti dünya cəmiyyətinə hakim olub”.

“İQNA”-nın məlumatına görə, Oman müftisi Şeyx Əhməd bin Həmd əl-Xəlili sosial şəbəkə “X”dəki səhifəsində yazıb: “Bu günlərdə Venesuelada baş verənlər hər bir ağıllı insanı heyrətə salır; görəsən, dünya cəmiyyəti indi meşə siyasətinə qayıdıb?!”. 

O əlavə edib: “İnsan haqları təşkilatları, Təhlükəsizlik Şurası və BMT haradadır? Necə olur ki, hamı bu mövzu qarşısında susur?! İnsanlıq itib və insan haqları dağılmaq ərəfəsindədir; La həvlə və la quvvətə illa billah.” 

ABŞ 3 yanvar ayında (şənbə günü) beynəlxalq reaksiyalara səbəb olan bir addımla Venesuelaya hücum edib. Media Karakas və bir neçə ştatda partlayış səslərinin eşidildiyini və tüstü sütunlarının göründüyünü xəbər verib. Donald Tramp da paylaşdığı mesajda ABŞ-ın rolunu təsdiqləyib. 

Bu hücum Donald Trampın – ABŞ prezidentinin – əmri ilə həyata keçirilib və beynəlxalq qanunlara zidd olaraq Venesuela prezidenti Nikolas Maduro qaçırılıb. 

Venesuela hökuməti bu addımı “hərbi təcavüz” adlandırıb və fövqəladə vəziyyət elan etməklə yanaşı, BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. 

Eyni zamanda bir sıra ölkələr, o cümlədən ABŞ-ın bəzi müttəfiqləri ehtiyatlı reaksiyalar verərək beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə riayət olunmasının vacibliyini vurğulayıblar. İran, Rusiya və bir neçə başqa ölkə də Vaşinqtonun bu addımını pisləyib və onun regionun sabitliyi və beynəlxalq sistem üçün nəticələri barədə xəbərdarlıq ediblər. 

4326981

captcha