“İQNA”, “Əl-Aləm”-ə istinadən xəbər verir ki, Malyziyanın İslam Təşkilatları Şurası, Ali Rəhbərin İrandakı son hadisələrlə bağlı “Trampın məsuliyyət daşıdığını” bildirən çıxışını dəstəkləyən bəyannəmə verib.
Məsləhət Şurasının verdiyi bəyannəmədə, son hadisələrin “xarici müdaxilə və etirazçıların silahlandırılması” kontekstində qiymətləndirildiyi, bu prosesin mülki şəxslərə geniş zərər verdiyi qeyd olunur.
İrandakı hadisələrdə etirazçılarının zorakılığı mülki və təhlükəsizlik qüvvələrinə, həmçinin ictimai infrastrukturun təxribatına yönəlmişdi. Bu isə xarici kəşfiyyat qurumları tərəfindən jeopolotik müharibə üçün alətə çevrilir.
Bu islami təşkilat, Mike Pompeo və sionist rejimin kəşfiyyat orqanlarının bu hadisələrə dair açıqlamalarını “milli suverenliyin və beynəlxalq hüququn aydın pozuntusu” kimi sərt tənqid edib.
İkiüzlülük göstərən “demokratiya müdafiəçilərini” qınayan şura, öz ölkələrində etirazları dağıdan, işğal, blokada və müharibə cinayətlərinə susan aktorların digər ölkələrdə sabitliyi pozmağa dəvət etməsinin “azadlıq anlayışı”ndan alət kimi sui-istifadənin göstəricisi olduğunu vurğulayır.
Sonda, bu şura milli suverenliyin qorunmasını, xarici müdaxilənin qarşısının alınmasını, mülki şəxslərin həyatının təhlükəsizliyinin təmin edilməsini və dünya ictimaiyyətindən hakimiyyət dəyişiklikləri kimi yanaşmaların tərk edilməsi, beynəlxalq hüquqa riayət edilməsi və dialoq və gərginliyin azalması üçün addımlar atılmasını tələb edib.
4329119