Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.
O ilahi mesajlardan biri də budur ki, həqiqi dini qəbul etməliyik, yoxsa Quran nəzərindən ağıllı insan sayılmarıq. Necə ki, “Bəqərə” surəsinin 130-cu ayəsində oxuyuruq:
﴿وَ مَن یَرْغَبُ عَن مِّلَّةِ إِبْرَ َهِیمَ إِلآ مَن سَفِهَ نَفْسَه...﴾
“İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü səfehliyə vurandan başqa kim üz döndərər?” (Bəqərə, 130)
Axmaq kimdir?
“səfeh” ağılsız, dərrakəsiz, sadəlöhv, axmaq, yəni dəli mənasında işlənir. Bu məna ictimaiyyət arasında sosial münasibətlərdə başqalarına nisbətən çox zəif olan və ya ümumiyyətlə bunları yerinə yetirməkdən aciz olan şəxsə verilir. Lakin Quran mədəniyyətində ağılsız odur ki, tövhid və allahpərəstlik olan İbrahimin (ə) dinindən üz çevirir.
Quran-Kərim düz yoldan və dindən üz çevirməyi dəlilik hesab edir. Din hər bir dövrdə öz xüsusi tərifinə malikdir, baxmayaraq ki, dinin əsas oxları həmişə sabit və dəyişməzdir; lakin insanların vəziyyəti və zamandan asılı olaraq dəyişən fəri məsələlər də var. Buna görə də, indiki zamanda din dedikdə, sonuncu peyğəmbər (s) tərəfindən öyrədilən və ondan sonra pak imamlar (ə) tərəfindən təbliğ və təşviq edilən din nəzərdə tutulur.
Buna əsasən, hər kim bu din yolundan nə qədər kənara çıxarsa, bir o qədər ağılsız və axmaqdır. Bu Quran tənliyində insanın zehni qabiliyyət səviyyəsi və ya təhsil dərəcəsinin növünün heç bir rolu yoxdur; əksinə, ağıl göstəricisi yalnız bəndəlik səviyyəsidir vəssəlam.
Bu təhlillə, Quran yandıran keşişin, qələm ələ alıb karikaturalar çəkənlərin və həmçinin şəriətlə yad olan görünüşdə mədəni insanların vəziyyəti tamamilə aydın olur. Çünki insanın dəyəri onun ağlı ilədir və bunlar ağıldan heç bir pay almamışlar.
İmam Sadiqdən (ə) soruşuldu: “Ağıl nədir?” Buyurdu: “مَا عُبِدَ بِهِ الرَّحْمَنُ وَ اکْتُسِبَ بِهِ الْجِنَانُ – Rəhmanın ibadət olunduğu və Cənnətin qazanıldığı şeydir.”
Beləlikə, əgər bir şəxs haqq qarşısında təslim olmasa və öz səadəti ilə nəticələnəcək işlərdən üz döndərsə, özünü çox ağıllı hesab etsə belə, Quran nəzərindən ağıllı insan sayılmır.