IQNA

Mavritaniya Radiosunda üç müxtəlif Quran tərtil oxunuşunun yazılmasına başlanılıb

7:44 - January 21, 2026
Xəbər sayı: 3499603
İQNA – Mavritaniya Radiosunda Vərş və Qalun rivayətləri ilə üç Quran tərtil oxunuşunun yazılması və istehsalının açılış mərasimi keçirilib.

“İQNA”, “Mavritaniya” Xəbər Agentliyinə istinadən bildirir ki, bu üç Quran 2026-cı il (hicri qəməri 1447) ərzində Mavritaniya Quran Radiosu və "Məhəzzərə" peyk kanalının birgə əməkdaşlığı ilə səsli və görüntülü Quranların istehsalı üzrə xüsusi proqram çərçivəsində yazılacaq.

Mərasimdə Quranları yazacaq qarilər iştirak edərək, Vərş və Qalun rivayətləri ilə oxunuş nümunələri təqdim etdilər.

Mərasimdə həmçinin Mavritaniya Prezidentinin müşaviri Seyid Əhməd Vəld ən-Nini, Mavritaniya Radiosunun Baş Direktoru Seyid Məhəmməd Əbdülqadir Vədd Əladə, bu radionun bir sıra rəsmiləri və Mavritaniya Quran Radiosu ilə "Məhəzzərə" peyk kanalının Elmi Şurasının üzvləri də iştirak ediblər.

Mavritaniya Quran Radiosu və "Məhəzzərə" peyk kanalının Elmi Şurasının Baş Katibi Seyid Məhəmməd əl-Əmin Vədd ət-Talib Osman bu barədə dedi: "Bu mərasim, Mavritaniya Radiosunun Quran istehsalı və Allahın xüsusi qulları olan Quran əhlinə xidmət sahəsindəki səylərini vurğulamaq üçün bir fürsətdir."

O, əlavə etdi: "Mavritaniyanın əvvəlki Quran müsabiqəsindəki ən yaxşı qarilər, mütəxəssis komitə tərəfindən qiymətləndirildikdən sonra bu layihədə iştirak etmək üçün seçiliblər. Mavritaniya Quran Radiosunun Elmi Şurasının üzvləri də, əgər Quran yazmaq istəyirlərsə, bu işdə iştirak edə bilərlər."

Quran yazma komitəsinin üzvü Seyid Şeyx Vədd əş-Şeyx Əhməd isə bildirib: "Bu mərasim, nadir bir hadisədir və Allahın Kitabının həfizlərinə aiddir. Qurana və Quran fəallarına diqqət yetirmək, cəmiyyətin qorunmasında, həmçinin birlik və sosial uyğunluğun gücləndirilməsində təsirlidir."

4329165

captcha