“İQNA”, Tehrandakı Nücəba Media Ofisinə istinadən xəbər verir ki, Nücəba hərəkatının Siyasi Şurasının üzvü Fəras İlyasər ABŞ prezidenti Trampın İran İslam İnqilabının Ali Rəhbəri Hörmətli Ayətullah Seyid Əli Xameneiyə qarşı kobud bəyanatlarına reaksiya olaraq aşağıdakıları bildirib:
Trampın İnqilab Rəhbərinə təhdidi daha çox boş söz olsa da, şiəlik belə təcavüzü də qəbul etmir. Hörmətli Ayətullah Xamenei bütün dünyada şiəliyin böyük mərciədir və ona qarşı hücum etmək fikri belə bölgənin və dünyanın vəziyyətini dəyişə bilər.
İnqilab Rəhbərinə çəp baxmaq böyük müharibə kimidir. Tramp İran rəhbərinə görə qəzəblidir, çünki o, on illərlə Vaşinqtonun layihələrini uğursuzluğa uğradıb.
İranda son üsyanlar da 12 günlük müharibə kimi məğlub oldu.
İraqda da ABŞ "Jokerlər" (Oktyabr iğtişaşları) vasitəsilə oxşar modeli həyata keçirdi. Eyni model İranda da tətbiq edildi; amma ABŞ-ın səhvi ondadır ki, onlar İranda çevriliş və rəngli inqilablar edə bilməyəcəklərini bilmirlər.
İraq şiələri heç bir halda İranı tək qoymayacaq; lazım olsa, iranlılarla çiyin-çiyinə ABŞ-a qarşı vuruşacağıq.
Nücəba hərəkatı ABŞ-ın İraqdakı hərəkətlərini izləyir. Onların Əynül-Əsəd bazasından çıxışı sadəcə bir şou idi və Kürdüstan regionundakı bazalardakı mövcudluqları möhkəmləndirilib.
Amerikalılar İraqın şimalında yeni bazalar yaradıblar.
QSD-in Dəməşqlə razılaşması və Culaninin qüvvələrinin Fəratın şərqindəki bölgələrə çatması təhlükə siqnalıdır.
ABŞ-ın layihəsi qaçmış təkfirçi məhbuslar vasitəsilə gələn dövrdə İraqı təhlükəsizsizləşdirməkdir.
4329524