“İQNA”, “Əl-Qüds əl-Ərəbi”yə istinadən verdiyi məlumata görə, Qəzzanın qədim şəhərində dar bir küçədə, dağıntılar içində yorulmadan gəzən insanların addımlarıyla qarışan molozların arasında Əbu Zühir Qasım dükanının qabağında plastik stulda oturmuşdu; dağıntılara baxmayaraq hələ də dayanan bir dükan. Bir zamanlar təzə bişmiş şirniyyatların ətiriylə dolu olan yer, indi dağıntılar arasında səssizlik və zəif bir ümid şüası ilə dolu bir məkan olub.
Əbu Zühir, səsinin küçələrdə ucalan küləyin səsi ilə qarışdığını söylədi: "Evim dağıdıldıqdan sonra Əl-Öməri məscidinin yanındakı çadırda yaşayıram".
O dedi ki, bu yer onun üçün sadəcə adi bir məhəllə deyil; doğulduğu yer, xatirələri və bütün həyatıdır. "Qədim şəhərdə anadan olmuşam. Uşaqlığımı, gəncliyimi və bütün ömrümü burada keçirmişəm. Burada evlənmişəm, burada uşaq sahibi olmuşam və işimi Əl-Öməri məscidinin yanında başlamışam".
O, tək bir məscid haqqında danışmır, əslində yox olmaqda olan bir kimlik haqqında danışır. Gözü qarşısında yox olan "tarixin ətri" haqqında danışır. "Əl-Öməri məscidi biz fələstinlilərin simvoludur və tariximizi əks etdirir. Bütün dünya ölkələrində Əl-Öməri məscidinin gözəlliyi kimi bir gözəllik yoxdur".
Bu adam vurğulayıb ki, məscid sadəcə bir bina deyil, əslində əcdadlar və atalardan miras qalmış fasiləsiz bir hekayədir. "Hər daşın bir hekayəsi var".
4330604