“İQNA”-nın Müqəddəs İmam Hüseyn (ə) Hərəmimim xəbər portalına istinadən verdiyi məlumata görə, hərəmə bağlı “Beynəlxalq Əshabül-Kisa (ə) Mərkəzi” Kani şəhərində İmam Məhəmməd Baqir (ə) hövzəsinin açılışını həyata keçirib.
Mərkəzin direktoru Şeyx Əhməd Rəşid ət-Tərfi bu xəbəri açıqlayaraq bildirib: “Bu məktəb, Müqəddəs İmam Hüseyn (ə) Hərəminin tədris və mədəni proqramları çərçivəsində, Afrika ölkələrində təhsil fəaliyyətlərini genişləndirmək məqsədilə açılıb.”
O əlavə edib: “İmam Məhəmməd Baqir (ə) hövzəsinin açılması, xalis İslam mədəniyyətinin təbliği, dini maarifə bələd olan, elmli və əxlaqi-mənəvi dəyərlərə bağlı bir nəslin yetişdirilməsi istiqamətində atılan mühüm addımdır.”
Əshabül-Kisa Mərkəzinin rəhbəri həmçinin vurğulayıb ki, bu məktəb təcrübəli müəllim heyətindən istifadə etməklə müasir tədris proqramları təqdim edir və akademik təhsilin Peyğəmbər Əkrəm (s) və Əhli-beyt (ə) sünnəsindən qaynaqlanan əxlaqi-mənəvi dəyərlərlə əlaqələndirilməsinə xüsusi diqqət yetirir.
Qeyd edək ki, Müqəddəs İmam Hüseyn (ə) Hərəminə bağlı Beynəlxalq Əshabül-Kisa (ə) Mərkəzi Afrika və Asiya ölkələrində bir sıra tədris və mədəni layihələr həyata keçirir və bu vasitə ilə İslam maarifini və mədəniyyətini bu cəmiyyətlərdə genişləndirməyə çalışır.
4334055