İQNA – Nuri Əl-Maliki, Ayətullah Xameneinin şəhadəti münasibətilə başsağlığı verib və deyib: “Ayətullah Xamenei mücahid bir şəxsiyyət idi ki, öz ömrünü Allah yolunda keçirdi və Xamenei islami oyanış yolunda böyük bir əsər yadigar qoydu. O, ümmətin hədəflərini və cihad yolunda onun problemlərini daşıyırdı”.
“İQNA”, “Va”ya istinadən xəbər verir ki, İraqın yeni dövlətinin baş nazirliyinə namizəd olan Nuri Əl-Maliki x sosial şəbəkəsində yazıb: “Həzrət Seyid Əli Xamenei mücahid bir şəxsiyyət idi ki, öz ömrünü Allah yolunda keçirdi və Xamenei islami oyanış yolunda böyük bir əsər yadigar qoydu. O, ümmətin hədəflərini və cihad yolunda onun problemlərini daşıyırdı”.
O, sözünün davamında qeyd edib ki, Ayətullah Xamenei İranın şərafətli xalqı üçün vəhdət və gələcəyi formalaşdırmaq yolunda ilhamverici bir şəxsiyyət idi. Allahdan o cənabın şəhidlər zümrəsində qərar tutmasını diləyirəm.
4337887