“İQNA”-nın Pişavərdən verdiyi xəbərə görə, İran Mədəniyyət Evinin rəhbəri Hüseyn Çaqəmi tədbirdə şəhid ümmət rəhbərinin Qurani həyat tərzindən nümunələr təqdim edib və onun Quran mədəniyyətinin hakim olması, gənclərin Quranla ünsiyyəti və Quranda təfəkkürün əhəmiyyəti barədə daim etdiyi tövsiyələri xatırladıb.
İranın Pişəvər konsulluğunun müavini Məhəmmədhəsən Müzəmməmi isə müsabiqənin bağlanış mərasimində bildirib ki, şəhid ümmət rəhbəri öz qiymətli şəhadəti ilə bizə öyrətdi: hər azad və qeyrətli insan dinini və İslam ümmətini qorumaq üçün canını fəda etməyə hazır olmalıdır. O, öz canını fəda etməklə sübut etdi ki, İslam yalnız şüar dini deyil, əməl dinidir. Şəhid rəhbər həmişə vurğulayırdı ki, İslam ümmətinin izzəti və şərəfi birlikdə, Allaha imanda və zülmə qarşı müqavimətdədir.
İrandan dəvət olunmuş yeniyetmə qarici Məhəmmədsaleh Qədimi də müsabiqədə Quran tilavəti edib və iştirakçıların böyük rəğbətini qazanıb.
Müsabiqə iki yaş kateqoriyasında — 16 yaşadək və 16 yaşdan yuxarı — təşkil olunub və hər kateqoriyada ilk üç yerin qaliblərinə hədiyyələr təqdim edilib.
4340178