“İQNA”-nın “əl-Məsirə”yə istinadən verdiyi xəbərə görə, hərəkat bildirib ki, bu iki şəxs haqq cəbhəsinin batilə qarşı ən müqəddəs döyüşlərindən birində şəhid olublar.
Bəyanatda vurğulanır ki, bu fədakarlıqlar İranı zəiflətməyəcək, əksinə onun gücünü və möhkəmliyini artıracaq.
Ənsarullah bəyan edib ki, bu qanlar ABŞ və İsrail təcavüzkarlarını darmadağın edəcək bir tufan qaldıracaq.
Bəyanatın davamında qeyd olunub ki, İrana hücum onun Fələstinə verdiyi dəstək mövqeyinə görə həyata keçirilib.
Hərəkat İslam ümmətini “sionist hücumu” adlandırdığı bu təcavüz qarşısında İranın yanında dayanmağa çağırıb.
Həmçinin bildirilib ki, bu hücumlar bölgəyə tam nəzarət planının bir hissəsidir və buna qarşı mübarizə aparılmalıdır.
4341553