IQNA

Putinin Dr. Laricaninin şəhadəti münasibətilə Ali Rəhbərə başsağlığı mesajı

6:14 - March 21, 2026
Xəbər sayı: 3499968
İQNA – Rusiya Prezidenti, Dr. Əli Laricaninin – Ali Milli Təhlükəsizlik Şurasının katibinin – şəhadəti münasibətilə Ali Məqamlı Rəhbərə başsağlığı mesajı göndərib.

“İQNA”-nın Rusiya əl‑Yəvm”ə istinadən verdiyi xəbərə görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin şəhadətindən sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ayətullah Seyid Müctəba Xameneiyə başsağlığı məktubu göndərib.

Putin bu başsağlığı mesajında Laricaninin terror edilməsindən dərin təəssüfünü ifadə edərək, onu müdrik və uzaqgörən siyasətçi adlandırıb və onunla dəfələrlə görüşdüyünü xatırladıb.

Rusiya Prezidenti həmçinin Laricanini “Rusiyanın həqiqi dostu” kimi təsvir edib, iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi istiqamətindəki səylərinə görə ona təşəkkür edib və deyib: “Əli Laricani həmişə İran və Rusiya münasibətlərinin möhkəmləndirilməsi və iki ölkənin ortaq məqsədlərinin irəlilədilməsi üçün çalışıb.”

O, bu itkini İran və region üçün böyük bir zərər adlandırıb və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Putin Laricaninin ailəsinə və İran xalqına başsağlığı verərək, onun müxtəlif sahələrdəki xidmətlərini və səylərini yad etdiyini bildirib.

Əli Laricani oğlu, bir müavini və bir neçə həmkarı ilə birlikdə iş yerində ABŞ və sionist rejimin qırıcılarının hücumuna məruz qalaraq şəhid olub.

4341830  

captcha