IQNA

Ayətullah Xamenei mesajında bildirdi:

Cinayətkar qatillər şəhidlərin qan bahasını ödəməlidirlər

6:28 - March 21, 2026
Xəbər sayı: 3499971
İQNA – Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, Ali Milli Təhlükəsizlik Şurasının katibinin şəhadətindən sonra verdiyi mesajda bildirdi: “İslam düşmənləri bilməlidirlər ki, bu qanların tökülməsi İslam Respublikasının möhkəm və köklü ağacını daha da gücləndirəcək. Hər bir qan isə öz qan bahasına malikdir və cinayətkar qatillər bu qan bahasını tezliklə ödəməli olacaqlar.”

“İQNA”-nın məlumatına görə, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, Ali Milli Təhlükəsizlik Şurasının katibi Dr. Əli Laricaninin, onun övladının və bir neçə əməkdaşının şəhadəti münasibətilə başsağlığı mesajı yayıb.

Mesajın mətni belədir:

Bismillahir-Rahmənir-Rahim

وَلا تَحسَبَنَّ الَّذینَ قُتِلوا فی سَبیلِ اللهِ أمواتاً بَل أحياءٌ عِندَ رَبِّهِم یُرزَقون

“Allah yolunda öldürülənləri ölü zənn etmə; onlar Rəbbinin hüzurunda diridirlər və ruziləndirilirlər.”

Dərin təəssüflə Dr. Əli Laricaninin – Ali Milli Təhlükəsizlik Şurasının katibi və həmin şurada Rəhbərin nümayəndəsi – həmçinin onun igid övladının və bəzi əməkdaşlarının şəhadəti xəbərini aldım. O, elmli, uzaqgörən, zəkalı, məsuliyyətli və siyasi, hərbi, təhlükəsizlik, mədəni və idarəçilik sahələrində çoxşaxəli təcrübəyə malik bir şəxsiyyət idi. Təxminən beş onillik boyunca İslam Respublikasının müxtəlif səviyyələrində oynadığı rol onu seçilən bir simaya çevirmişdi.

Şübhəsiz ki, belə bir şəxsiyyətin terror edilməsi onun əhəmiyyətinin və İslam düşmənlərinin ona qarşı bəslədiyi kin və nifrətin göstəricisidir. İslam düşmənləri bilməlidirlər ki, bu qanların tökülməsi İslam Respublikasının köklü və qüdrətli ağacını daha da gücləndirəcək. Həmçinin hər bir qan öz qan bahasına malikdir və şəhidlərin cinayətkar qatilləri bu qan bahasını tezliklə ödəməli olacaqlar.

Bu ağır itkini onun hörmətli həyat yoldaşına, övladlarına, bütün yaxınlarına, xüsusilə də Ayətullah Amuli Laricaniyə səmimi-qəlbdən başsağlığı verirəm və bu səfərə çıxmış əzizlərin uca dərəcələrə yüksəlməsini Uca Allahdan diləyirəm.

Seyyid Müctəba Hüseyni Xamenei

4341724  

captcha