“İQNA”-nın “Fələstin əl-Yəvm”ə istinadən verdiyi xəbərə görə, HƏMAS nümayəndə heyəti Ankarada İran səfirliyini ziyarət edərək Ayətullah Seyyid Əli Xameneinin şəhadəti münasibətilə başsağlığı verib və onun övladının yeni Ali Rəhbər seçilməsini təbrik edib.
Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) bildirib ki, hərəkatın rəhbərlərindən ibarət nümayəndə heyəti Bəsim Nəimin rəhbərliyi ilə Türkiyənin paytaxtında yerləşən İran səfirliyinə baş çəkib.
Heyət İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir sıra iranlı komandirlərin şəhadəti münasibətilə dərin hüznlə başsağlığı verib.
HƏMAS nümayəndə heyəti Ayətullah Seyid Müctəba Xameneinin yeni Ali Rəhbər seçilməsini təbrik edərək vurğulayıb ki, İrana qarşı hər cür təcavüz bütün İslam ümmətinə qarşı təcavüz sayılır.
Heyət əlavə edib ki, İrana qarşı törədilən cinayətlər azad xalqların iradəsini sarsıtmayacaq, əksinə, müqavimət yoluna və hüquqların müdafiəsinə daha böyük bağlılıq yaradacaq.
4341339