IQNA

Hizbullah:

Livanın İran səfirini çıxarmaq qərarı strateji səhvdir

15:04 - March 25, 2026
Xəbər sayı: 3500005
İQNA – Qərb tərəfli Livan hökumətinin İran səfirinə ölkəni tərk etməsi üçün müraciət etməsi ilə əlaqədar olaraq, Livanın parlamentində Hizbullahın nümayəndəsi bu qərarı strateji səhv adlandırdı.

“İQNA” xəbər agentliyinin məlumatına görə, “əl-Əhd” xəbər agentliyi, Hizbullahın parlamentdəki "Müqavimətə Sadiqlik" fraksiyasının üzvü Həsən Əzəddin deyib: “Livan hökumətinin İran səfirini çıxarmaq qərarı strateji bir səhvdir”.

Eyni zamanda, Livanın Xarici İşlər Nazirliyi bəyan edib ki, İran səfirinin çıxarılması, İranla diplomatik əlaqələrin kəsilməsi mənasına gəlmir.

Eyni zamanda, İsrail rejiminin Xarici İşlər Naziri Gideon Saar, Livan hökumətinin İran səfirini çıxarmaq qərarını alqışladığını bildirib.

Livanın qərb tərəfli hökumətinin işğalçı rejimə qarşı müqavimət hərəkatına qarşı işlətdiyi maneələr və bu istiqamətdəki addımları davam edir. Bu gün Livanın Xarici İşlər Nazirliyi, Beyrutdakı İran səfirliyinin müavini Tofiq Samdi Xoşxu'nun çağırıldığını açıqlayıb.

Bu çağırışda, Livan hökumətinin İranın yeni səfiri Məhəmməd Rza Şibani üçün razılıq verməkdən imtina etdiyi və onu «arzuolunmaz şəxs» hesab etdiyi bildirilmiş, ondan növbəti bazar ertəsinə qədər Livanı tərk etməsi tələb olunub.

Livan Xarici İşlər Nazirliyi həmçinin ölkənin Tehran səfiri Əhməd Süeydanı da məsləhətləşmək üçün çağırıb.

Livanın Xarici İşlər Nazirliyi, bu addımın İranın iki ölkə arasında diplomatik qaydalara və ümumi münasibətlərə zidd olduğunu iddia edib.

4342626

Teqlər: livan ، səfir ، iran ، hizbullah
captcha