IQNA

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü:

İran min illərdir bu bölgədədir və heç yerə getməyəcək

14:56 - March 29, 2026
Xəbər sayı: 3500027
İQNA – Qətər Xarici İşlər Nazirliyinin sözçüsü, ABŞ və İsrail rejiminin başladığı müharibədən çıxmağın vacibliyini vurğulayaraq bildirib ki, İran min illərdir bu bölgədə mövcuddur və heç vaxt buranı tərk etməyəcək.

“İQNA”-nın “Euronews”ə istinadən verdiyi xəbərə görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari çərşənbə axşamı axşam saatlarında etdiyi çıxışda deyib: “İran min illərdir ki, buradadır və heç vaxt heç yerə getməyəcək.”

Qətər XİN sözçüsü əlavə edib: “Heç bir xalq və ya ölkə heç bir siyasi aktorun istəyinə görə mövcudluqdan silinməyəcək.”

Macid əl‑Ənsari bildirib ki, bu vəziyyətdən çıxış yolu tapılmalıdır: 

“Biz bir-birimizin yanında yaşayacağıq. Bəşəriyyətin gələcəyi üçün qonşu olacağıq və bir yerdə yaşamağın yollarını tapmalıyıq. Bu, çox çətin bir andır, lakin biz ondan çıxış yolunu tapacağıq.”

Qətər rəsmisi bundan əvvəl demişdi: “Öz təhlükəsizliklərini təmin etmək üçün yaxın və paralel şəkildə əməkdaşlıq edən Fars körfəzi ölkələri bu müharibədən sonra regional birgə təhlükəsizlik sisteminin mənasını yenidən qiymətləndirməlidirlər. Biz bu sahədə bütün diplomatik səyləri — istər rəsmi, istər qeyri‑rəsmi kanallar vasitəsilə — dəstəkləyirik.”

9 isfənd tarixində ABŞ və İsrail rejimi, İran tərəfi ilə dolayı danışıqların davam etdiyi bir vaxtda, təcavüzkar şəkildə İran İslam Respublikasının ərazisinə hücum etdi.

Bu hücumlar nəticəsində bir sıra siyasi və hərbi rəsmilər, nüvə alimləri, eləcə də çoxlu sayda mülki şəxs və şagird şəhid oldu. İran isə cavab olaraq və özünümüdafiə çərçivəsində “Vədəsi Sadiq 4” əməliyyatı adı altında işğal olunmuş ərazilərdə və regiondakı Amerika bazalarında müəyyən hədəfləri vurdu.

İranın ABŞ‑ın region ölkələrinin bazalarından və ərazilərindən özünə qarşı istifadə edilməsinin qarşısını almaq üçün etdiyi çağırışlara baxmayaraq, bəzi ölkələr hələ də ABŞ və İsrail rejimi ilə sıx əməkdaşlığı davam etdirir və konstruktiv mövqe sərgiləmirlər.

4342791 

captcha