IQNA

Tayland Şeyxülislamının şəhid imamın Ərbəini münasibətilə başsağlığı mesajı

14:27 - April 14, 2026
Xəbər sayı: 3500148
İQNA – Taylandın Şeyxülislamı İmam Xameneinin şəhadətinin qırxıncı günü münasibətilə başsağlığı mesajı yayıb.

“İQNA”-nın İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatına istinadən verdiyi xəbərə görə, Tayland Krallığının Şeyxülislamı (Çularacmontri) Arun Bonçumun rəsmi mesajı, şəhid Ayətullahül-uzma Seyid Əli Xameneinin Ərbəini münasibətilə, bu mesajın ünvanı olan Ayətullah Seyyid Müctəba Xamenei (daməz-zilluhul-ali) – İran İslam Respublikasının ali rəhbərinə təqdim edilib.

Mesajda dərin həmrəylik, İslam ümmətinin birliyi və mərhum rəhbərin xidmətlərinin və ideallarının uca tutulması kimi məzmunlar yer alıb və Tayland müsəlmanlarının ən yüksək dini rəhbərliyi tərəfindən təqdim olunub.

Mesajda belə deyilir: “Bu böyük rəhbərin vəfatının qırxıncı günü münasibətilə, İran İslam Respublikasının Tailanddakı səfirliyinin Mədəniyyət Müşavirliyinin təşəbbüsü ilə keçirilən mərasimlə əlaqədar olaraq, mən öz dərin başsağlığımı onun möhtərəm ailəsinə, İran xalqına və bütün İslam ümmətinə bildirirəm. Uca Allahdan bu çətin günlərdə hamıya səbir və dözüm verməsini diləyirəm.

Şübhəsiz ki, həmin böyük rəhbərin xidmətləri, nailiyyətləri və uca idealları – xüsusilə Fələstin xalqının qanuni hüquqlarının müdafiəsi və Qüdsün azadlığı yolunda göstərdiyi səylər – daim qəlblərdə yaşayacaq.

Uca Allahdan istəyirəm ki, onun və bütün dünyasını dəyişmişlərin ruhunu Öz geniş rəhmətinə qərq etsin və qalanlara, İran xalqına, İslam ümmətinə və dünyanın bütün azadlıqsevərlərinə səbir və möhkəmlik bəxş etsin.”

4345823

captcha