“İQNA”, “Əl‑Aləm”-ə istinadən xəbər verir ki, bu gərginlik son bir ay ərzində İsrail ordusunun Buşəhr atom elektrik stansiyası ərazisinə endirdiyi hücumların ardınca meydana çıxıb.
Məlumata əsasən, məlumatlı mənbələr bildiriblər ki, Rusiya Xarici İşlər Nazirliyi və bu ölkənin Təl‑Əvivdəki səfirliyi son həftələrdə dəfələrlə İsrail rəsmiləri ilə əlaqə saxlayaraq xəbərdarlıq ediblər ki, bu hücumlar həmin bölgədə yerləşən rusiyalı mütəxəssislərin və vətəndaşların həyatını təhlükəyə atır.
Hesabata görə, rus qüvvələrinin yerləşdiyi məntəqəyə yaxın bir hücumdan sonra Moskvanın mövqeyi nəzərəçarpacaq dərəcədə sərtləşib.
Eyni zamanda İsrail ordusu həmin ərazidə rus vətəndaşlarının mövcudluğundan xəbərsiz olduqlarını iddia edib.
Kremlın yüksək vəzifəli bir rəsmisi də Qüdsdəki bir tərəfə göndərdiyi rəsmi və nadir mesajda xəbərdarlıq edib: “Siz bizim qüvvələrimizin həyatını təhlükəyə atırsınız. Bu, bütün Yaxın Şərq üçün ciddi nəticələrə səbəb ola biləcək böyük bir nüvə fəlakətinə yol aça biləcək təhlükəli bir addımdır”.
4346325