“İQNA”‑nın İraq bürosunun məlumatına görə, Babil Darul‑Quran şöbəsinin məsulu Kazim əl‑Muamməri Qurani‑Kərim Muzeyi Media Mərkəzinə bildirib ki, bu məclis bölgə əhalisinin və hövzə tələbələrinin geniş iştirakı ilə keçirilib. Məclisdə Seyid Abdullah Hüseyni Quran tilavət edib və ardınca Babil vilayətində dini mərcəiyyətin nümayəndəsi Seyid Səid əl‑Hüseyni çıxış edib.
O əlavə edib ki, proqramın digər hissələrindən biri Hüseyniyyə Astanəsinin Darul‑Quran rəhbəri Şeyx Xeyrəddin Hadinin çıxışı olub. O, Dârül‑Quran mərkəzlərinin etiqadi əsasların möhkəmləndirilməsindəki rolunu, şəhidlərin fədakarlıqlarını yad etməyin zərurətini və dinə və cəmiyyətə xidmət yolunda onların yolunu davam etdirməyin əhəmiyyətini izah edib.
Muammərinin sözlərinə görə, məclisdə azyaşlı qari və hafiz Yasin Əli Hadi tərəfindən Quran tilavəti və şair Abbas əz‑Zəmilinin vətənə sədaqət və fədakarlıq mövzulu şeirləri də təqdim olunub.
O bildirib ki, məclis Hüseyniyyə Astanəsinin Darul‑Quran mərkəzi tərəfindən iştirakçılara təşəkkürnamələrin təqdim edilməsi ilə başa çatıb.
4346145