“İQNA”‑nın “Əl‑Cəzirə”yə istinadən verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian hazırkı vəziyyətin müharibə və sülh arasında kritik həddə çatdığı barədə xəbərdarlıq edərək yazıb: “İndi sülhə nail olmaq üçün bir pəncərə açılıb və Çin atəşkəsin qorunmasını, sülh danışıqlarının davamını, Hörmüz boğazı boyunca yerləşən ölkə kimi İranın suverenliyinin, təhlükəsizliyinin və qanuni hüquqlarının təmin edilməsini dəstəkləyir.”
Bu Çinli diplomat vurğulayıb ki, İranın hüquqları hörmət edilməli və qorunmalıdır.
Lin Cian əlavə edib ki, Hörmüz boğazından keçən gəmiçiliyin azadlığı və təhlükəsizliyi təmin olunmalıdır. O, Pekinin bölgədə sülhün bərqərar edilməsinə yardım göstərməyə hazır olduğunu bildirərək qeyd edib: “Çin Prezident Si tərəfindən irəli sürülmüş Yaxın Şərqdə sülh və sabitlik təşəbbüsü çərçivəsində öz yardım etməyə hazır olduğunu bəyan edir.”
4346755