“İQNA”-nın “əl-Məsirə”yə istinadən verdiyi məlumata görə, Yəmən Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddin əl-Husi vurğulayıb ki, ABŞ–sionist təcavüzü üçüncü minilliyin əvvəlindən bəri davam edir və indi son dərəcə inkişaf etmiş və olduqca təhlükəli mərhələyə keçib.
O əlavə edib ki, “Yaxın Şərqin dəyişdirilməsi”, “terrorizmlə mübarizə” və digər bu kimi şüarlar hamısı aldadıcı, əsassız və yalançı başlıqlardır.
Seyid Əbdülməlik əl-Husi qeyd edib ki, ABŞ–sionist təcavüzü İslam ümmətinin reallığında bir çox rejimlərin, hökumətlərin və liderlərin düşmənlərə sədaqət və təslimiyyət elan etməkdə tələskənliyi ilə müşayiət olunub.
O bildirib: bəzi rejimlərin və rəhbərlərin bu tələskənliyi və təslimçi davranışı ABŞ–sionist təcavüzünə xidmət edir və ümmətin varlığını hədəfə alan bu hücum qarşısında böyük təhlükələr yaradır. Halbuki İslam ümmətinə yaraşan mövqe ümumi səfərbərliklə bu təcavüzə qarşı durmaq və ona müqavimət göstərmək idi.
Ənsarullah lideri vurğulayıb ki, Allah yolunda cihad və bütün sahələrdə məsuliyyət əsasında hərəkət etmək zillət və əsarətə qarşı yeganə doğru mövqedir.
O əlavə edib ki, bu gün ümmətin reallığında zillət və əsarətin rədd edilməsi istiqamətində doğru mövqe məhduddur və yalnız ümmətin müəyyən bir dairədəki sabitqədəm azad insanlarında görünür.
Seyid Əbdülməlik əl-Husi sonda bildirib ki, ümmətin süstlüyü və səhlənkarlığı düşmənlərin onun imkan və potensialları üzərində nəzarətini gücləndirir.
4347857