IQNA

Türkiyənin su mənbəyində 31 ildir fasiləsiz Quran tilavəti

11:36 - August 08, 2026
Xəbər sayı: 3500905
İQNA – Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən “Gündüzbəyi” su təchizatı qurğuları Quran səsini heç vaxt kəsilmədiyi bir məkana çevrilib. Bu, otuz ildən çoxdur ki, gecə-gündüz fasiləsiz olaraq davam edən bir ənənədir.

"İQNA"nın "Əl-Cəzirə"yə istinadən verdiyi məlumata görə, Gündüzbəyi stansiyasının idarəetmə rəsmilərindən biri bu barədə deyib: "Baydağı dağının yamaclarından təbii şəkildə axan su, ən yüksək standartlara uyğun xlorlandıqdan sonra kimyəvi təmizlənməyə ehtiyac olmadan paylayıcı şəbəkəyə daxil olur. Suyun təbii yolla ötürülməsi onun xüsusiyyətlərini qoruyur və eyni zamanda enerji qənaətinə imkan verir."

O əlavə edib: "Mütəxəssis komandalar dövri analizlər və nümunə götürməklə suyun keyfiyyətinə daim nəzarət edir. Həmçinin suyun mənbədən vətəndaşların evlərinə qədər sağlam və gigiyenik şəkildə çatdırılması üçün texniki baxış, təmizlik və monitorinq işləri gecə-gündüz həyata keçirilir."

Su və vəhyin vəhdəti; Malatya üçün bir fəxr

Malatya meri də son 31 ildən çox müddətdə bu stansiyada Quran tilavətinin davam etməsinə toxunaraq, bu addımı müəssisənin mənəvi atmosferini gücləndirən bir amil kimi qiymətləndirib və deyib: "Gündüzbəyi stansiyası təbii nemətlərlə Malatya şəhərinin dini və mədəni dəyərləri arasındakı bağın nümunəsidir."

Bu stansiyadan yayılan videoların Türkiyənin sosial şəbəkələrində virusa çevrilməsi bir daha istifadəçilərin diqqətini mənəviyyatla ictimai xidmətin bu nadir uyğunluğuna cəlb edib; elə bir yer ki, həyat verən su vəhy kəlamının sədaları ilə müşayiət olunur.

4368480

Teqlər: türkiyə ، quran ، tilavət ، su quyusu
captcha