IQNA

10:41 - August 09, 2026
Xəbər sayı: 3500910

“Fələstin karvanı” yürüşü zamanı fransalı fəal İslamı qəbul etdi

İQNA – Fransalı fəal Sebastyan Türkiyənin Adana şəhərində “Fələstin karvanı” həmrəylik yürüşündə iştirak etdiyi zaman şəhadət kəlməsini deyərək İslamı qəbul edib və özü üçün “Yusif” adını seçib.

İQNA-nın “İlxa” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Yusif hərəkətinə Bosniyadan başlayan “Fələstin karvanı” həmrəylik proqramında iştirak edib. O, çıxışına salam və salavatla başlayıb, həmçinin Türkiyə xalqına Fələstin məsələsinə göstərdikləri dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirib.

O qeyd edib ki, bu karvanın iştirakçıları qardaşlıq və həmrəylik ruhunu gücləndirmək məqsədilə bir araya gəlirlər. O, Qəzzada soyqırımın dayandırılmasının və İordan çayının qərb sahilində işğala son qoyulmasının zəruriliyini vurğulayıb.

 

تشرف به اسلام فعال فرانسوی در جریان حرکت «کاروان فلسطین»

Çıxışdan sonra Yusif təkbir – “Allahu Əkbər” – deyib. Orada olanlar da coşqu və sevinc dolu bir atmosferdə təkbiri təkrarlayıblar. İştirakçılar onun müsəlman olmasını təbrik etmək və ona dəstəklərini ifadə etmək üçün böyük həvəs göstəriblər.

Müxtəlif ölkələrdən olan fəallardan təşkil edilmiş “Fələstin Vicdanının Beynəlxalq Karvanı” Türkiyədəki fəaliyyətlərini başa vurduqdan sonra Fələstin xalqı ilə həmrəyliyini bəyan etmək məqsədilə fəaliyyətlərini davam etdirir.

İyulun sonlarında Bosniya və Herseqovinanın Srebrenitsa şəhərindən yola çıxan bu karvan yeddi ölkədən keçərək 25 gün ərzində İordan çayının qərb sahilinə doğru hərəkət etməyi planlaşdırır.

Bu yürüş Fələstin xalqı ilə həmrəyliyi bəyan etmək məqsədilə təşkil olunub.

4368409

Teqlər: fələstin ، fransa ، yürüş ، İslam
captcha