IQNA

16:35 - August 18, 2026
Xəbər sayı: 3500984

Türkiyənin Bursa şəhərində hərəkətli damı olan məscid

İQNA –Türkiyənin şimal-qərbindəki Bursa vilayətində yerləşən "Səfa" məscidi ənənəvi dini memarlıqla müasir memarlığın vəhdəti sayəsində yerli və xarici turistlərin diqqətini cəlb edib.

 

"İQNA"nın "Daily News" qəzetinə istinadən verdiyi məlumata görə, "Səfa" məscidi 2013-cü ildə 1250 kvadratmetr ərazidə kiçik bir dini kompleks kimi inşa edilib və 900 nəfərlik tutuma malikdir. Bu məscid ibadət yeri olmaqla yanaşı, konfrans zalı və idman obyektlərini də özündə birləşdirir və Bursadan, eləcə də Türkiyənin digər şəhərlərindən turistləri özünə cəlb edir.

Bu məscidin ən fərqli xüsusiyyəti avtomobillərdəki "lyuk" (sunroof) mexanizminə bənzəyən hərəkətli damıdır. Günbəzin 120 kvadratmetrlik şüşə hissəsi pult vasitəsilə açılıb-bağlanır və yayın isti aylarında məscidin içərisində təbii hava dövranını təmin edir.

Bu layihə ənənəvi dini memarlığı müasir mühəndisliklə birləşdirib. Adi məscidlərdən fərqli olaraq, "Səfa" məscidində çilçıraq yoxdur; bunun əvəzinə daxili işıqlandırma məscidin minimalist memarlıq üslubu ilə uyğunluq təşkil edən LED lampalar vasitəsilə həyata keçirilir.

Bursa hələ də çoxlu sayda yerli və xarici turisti özünə cəlb etməkdədir. Bursa vilayətinin Mədəniyyət və Turizm İdarəsinin statistikasına görə, 2025-ci ildə bu vilayətin yaşayış məntəqələrində bir milyon 760 mindən çox insan qəbul edilib. Şəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Osmanlı irsi Bursanı Türkiyənin şimal-qərbindəki mühüm turizm istiqamətlərindən birinə çevirib.

kod
مسجدی با گنبد متحرک در بورسای ترکیه
مسجدی با گنبد متحرک در بورسای ترکیه
مسجدی با گنبد متحرک در بورسای ترکیه
مسجدی با گنبد متحرک در بورسای ترکیه
مسجدی با گنبد متحرک در بورسای ترکیه

4369842

Teqlər: türkiyə ، bursa ، məscid ، memarlıq
captcha