vida mərasimi

IQNA

İQNA – Əgər ABŞ prezidenti Donald Tramp öz liderləri ilə vidalaşmaq üçün Tehran və İranın digər şəhərlərinin küçələrinə axışan milyonlarla insandan təəccüblənmişdisə, yəqin ki, küçələri dolduran və "Amerikaya ölüm", "İsrailə ölüm" şüarları səsləndirən milyonlarla iraqlını izləməkdən daha çox şoka düşmüş və heyrətə gəlmişdi.
Xəbər sayı: 3500754   Nəşr tarixi : 2026/07/13

Şeyx Xalid:
İQNA – İraq Alimlər Birliyinin sədri Şeyx Xalid bildirib: "Amerika və sionist hökumətlərinə çatdırılması lazım olan mesaj budur ki, bu milyonlarla insan qisaslarını almayana qədər sakit qalmayacaqlar və kütləvi xalq iştirakı Şəhid Xameneinin yolunu davam etdirmək üçün olan qətiyyətli əzmi nümayiş etdirir."
Xəbər sayı: 3500751   Nəşr tarixi : 2026/07/13

İQNA – İran İslam İnqilabının şəhid rəhbərinin Nəcəfi-Əşrəfdəki cənazə mərasimində İraq xalqının geniş iştirakı, bir daha "İran və İraq, ayrılıq mümkün deyil" şüarını dünya ictimaiyyətinin gözü qarşısında nümayiş etdirdi. Bu mərasim Nəcəf alimləri və hövzə tələbələrinin İmam Əli (ə) hərəmində şəhid rəhbərlə vidalaşması ilə müşayiət olundu.
Xəbər sayı: 3500719   Nəşr tarixi : 2026/07/09

İQNA – Vilayət tərəfdarı və inqilabçı Qum xalqı müəyyənləşdirilmiş marşrutlarda – Müqəddəs Cəmkəran Məscidindən Həzrət Məsumənin (ə) müqəddəs hərəminədək – böyük izdihamla iştirak edərək, Ayətullah əl-Üzma Cavadi Amolinin namaz qıldırmasından sonra İslam İnqilabının şəhid rəhbəri, Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Xameneinin pak cənazəsini yola saldılar.
Xəbər sayı: 3500715   Nəşr tarixi : 2026/07/08

İQNA – Nəcəf əyalətinin yerli rəsmiləri bu əyalətin İran İslam Respublikasının şəhid liderinin dəfn mərasiminə ev sahibliyi etmək üçün tam hazır olduğunu bildiriblər.
Xəbər sayı: 3500701   Nəşr tarixi : 2026/07/07

İQNA – İran İslam Respublikası özünün şəhid olmuş lideri ilə vida mərasimində milli birliyi nümayiş etdirməklə və son müharibədən sonra Hörmüz boğazı üzərindəki dominant mövqeyini möhkəmləndirməklə, Vaşinqtona qarşı yeni bir strateji təzyiq rıçaqı tətbiq edib. Bununla da Tehran öz nüvə dosyesini arxa plana keçirərək, Donald Tramp administrasiyasını regionun yeni diplomatik və dənizçilik reallıqları ilə üz-üzə qoyub.
Xəbər sayı: 3500700   Nəşr tarixi : 2026/07/07

İQNA – Şəhid lider Ayətullahül-üzma Seyid Əli Xameneinin dəfn mərasimində milyonların iştirakı dünya mediasında geniş əks-səda doğurub və bu media qurumları hadisəni öz hesabatlarında geniş işıqlandırıblar.
Xəbər sayı: 3500696   Nəşr tarixi : 2026/07/10

İQNA – İraq "Əs-Sədr" hərəkatının rəhbəri Ərbəində İmam Hüseynin (ə) ziyarətçilərinə və şəhid rəhbərin dəfn və vida mərasimi üçün İraqa gələn qonaqlara ünvanladığı mesajda onları salamlayıb.
Xəbər sayı: 3500695   Nəşr tarixi : 2026/07/06

İQNA – Sionist media orqanları Şəhid rəhbərin pak cənazəsinin Tehran küçələrində dəfn mərasiminin başlaması ilə bu hadisəni işıqlandıraraq xalqın geniş iştirakına işarə ediblər.
Xəbər sayı: 3500694   Nəşr tarixi : 2026/07/06

İQNA – "Şin Bet"in keçmiş rəsmisi etiraf etdi ki, şəhid rəhbər Ayətullah Seyid Əli Xameneinin cənazəsinin dəfn mərasimi İranın gücünü nümayiş etdirir.
Xəbər sayı: 3500691   Nəşr tarixi : 2026/07/06

İQNA – Tanınmış koreyalı bloqqer Dawood Kim (Cihan), inqilab rəhbərinin dəfn mərasimi münasibətilə xüsusi "edit" hekayəsi (story) yayımladı.
Xəbər sayı: 3500688   Nəşr tarixi : 2026/07/06

İQNA – İraqın 8 əyaləti İran İslam İnqilabının şəhid lideri Ayətullah Seyid Əli Xameneinin bu ölkədə keçiriləcək dəfn mərasimi münasibətilə çərşənbə gününü rəsmi tətil elan edib.
Xəbər sayı: 3500687   Nəşr tarixi : 2026/07/06

İQNA – Məgər Misirin o xoşavaz qarilərinin — ki, deyirlər Nil suyundan bitən buğdanın bərəkətindən ilahi bir nəğmə qazanıblar — Tehranın yas gecələrində yeri boş deyildimi? Dünən, Şəhid İmama (rəhbərə) hörmət mərasimində niyə onlardan dəvət olunmadı? Belə məclislərin, xüsusilə İslam ölkələrinin yüksəksəviyyəli siyasi şəxsiyyətlərinin yas mərasimlərinin adəti bu olub və var. Amma İran, burada, bu dəvətlərdən ehtiyacsız hala gəlib. O müdrik alim özü belə istəməzdi. İllərdir ki, şagirdlərinin əlindən tutmuşdu — o qarilərin ki, bir vaxtlar təzə-təzə nəfəs alan gənclər idilər, bu gün isə beynəlxalq müəllimlər qismində uca ad qazanıblar. Onları addım-addım təqliddən qurtarıb, yaradıcılıq və təsirgücünün üfüqünə çatdırmışdı. Hər il İmam Xomeyni Hüseyniyyəsində qarilər və hafizlərlə görüşlərində onlara yeni bir pəncərə açardı.
Xəbər sayı: 3500686   Nəşr tarixi : 2026/07/06

İQNA - İran İslam İnqilabının şəhid rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin cənazəsi ilə vida mərasimi İmam Xomeyni (r.ə) Müsəllasında keçirildi.
Xəbər sayı: 3500684   Nəşr tarixi : 2026/07/05

İQNA – Bu izdiham deyil, qəlblərin səbirsizliyi idi. Şəhid İmamın yola salınmasının ikinci gününün hekayəsi bu idi. İranın hər yerindən, hətta qonşu ölkələrdən gələn insanlar dəfn mərasimindən öncə özlərini İmam Xomeyni (r.ə) məsləhətxanasına çatdırdılar ki, vida üçün ayrılan son saatlarda şəhid rəhbərləri ilə bir daha əhd-peymanlarını təzələsinlər və şəhid rəhbərin və onun ailəsinin müqəddəs cənazəsi üçün vida namazı qılsınlar.
Xəbər sayı: 3500682   Nəşr tarixi : 2026/07/05

İQNA – CNN xəbər kanalı hesabat yayıb ki, Tehranın İmam Xomeyni Müsəllasında Ayətullah Xameneinin cənazəsi ilə vida mərasiminin ikinci günü isti hava dalğasına baxmayaraq xalq izdihamlı şəkildə iştirak edib.
Xəbər sayı: 3500681   Nəşr tarixi : 2026/07/05

İQNA - Yəməndən Livana, İraqdan Qətərə qədər ərəb dünyasının mediası İslam İnqilabının şəhid rəhbəri ilə vida və dəfn mərasimini geniş şəkildə işıqlandırıb. Onlar insanların milyonluq iştirakını, səsləndirilən mesajları və xarici heyətlərin bu mərasimə qatılmasını vurğulayaraq, bunu İslam İnqilabı və müqavimət oxunun yolunun davamlılığının nişanəsi kimi dəyərləndiriblər.
Xəbər sayı: 3500680   Nəşr tarixi : 2026/07/05

İQNA-nın şəhid liderlə vida mərasimindən hesabatı
İQNA – İnqilabın şəhid lideri Həzrət Ayətullahul-üzma Xamenei və onun şəhid ailəsi ilə xalqın vida və yolasalma mərasimi səhər saat 06:00-dan etibarən Tehranın İmam Xomeyni (r.ə) məsəddində müsəllasında) xalqın böyük və tarixi izdihamı ilə başladı. İranın hər yerindən gələn insanlar bu mərasimdə iştirak edərək "İnqilabın şəhid ağası" ilə son görüşlərini gerçəkləşdirdilər. Mərasim sabah saat 20:00-dək davam edəcək və bundan sonra bazar ertəsi Tehranda dəfn mərasimi keçiriləcək.
Xəbər sayı: 3500678   Nəşr tarixi : 2026/07/05

İQNA – İraq Kürdüstan Bölgəsinin rəhbəri İranın şəhid lideri ilə vida mərasimində iştirak etdikdən sonra vurğulayıb ki, onun müdrik rəhbərliyi, həmçinin İran və bölgədəki proseslərdəki rolu tarixdə əbədi qalacaq.
Xəbər sayı: 3500676   Nəşr tarixi : 2026/07/05

İQNA – Şəhid Rəhbərin vida və yola salınma mərasimi bu gün, şənbə günü, 4 iyul tarixində səhər saat 6-dan etibarən ölkənin hər yerindən gəlmiş tarixi sayda izdihamlı aşiq və əzadarların iştirakı ilə Tehranın İmam Xomeyni (r.ə) Müsəllasında rəsmi olaraq başladı. Çox sayda insan gecənin son saatlarından etibarən Müsəllaya gəlmişdi ki, mərhum Ayətullah şəhid Seyid Əli Xameneinin pak cənazəsi ilə vida mərasiminin ilk saatlarında iştirak etsin.
Xəbər sayı: 3500671   Nəşr tarixi : 2026/07/04