İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "izhamburg" informasiya saytına istinadən verdiyi xəbərə görə dünən (26 yanvar 2014) İslami vəhdət və məzhəblər birliyinin dördüncü konfransı Almaniyanın Hamburq şəhərinin "İslam Mərkəzi"ndə "Hamburq İslam Mərkəzi" və "Hamburq Müsəlmanlarının Həmkarlıq Şurası"nın təşəbbüsü ilə "Almaniya məktəblərində İslami dərslərin tədrisi və qarşıdakı problemlər" mövzusu ilə keçirilib.
Bu birgünlük konfransda əsas korpusu İranın Qum şəhərində yerləşən beynəlxalq dini təhsil ocağı "ƏlMustafa əl-Aləmiyyə Universiteti"nin rəisi Höccətul-İslam vəl-müslimin Doktor Əlirza Ərafi, Almaniyada yaşayan Şiə və Əhli-Sünnə alimləri və ustadlar çıxışlar etdilər.
Ayətullah Ramazni – Hamburq İslam Mərkəzinin rəisi, Ayman Mazyik – Alman Müsəlmanlar Şurasının rəisi, Mustafa Yoldaş – Hamburq Müsəlmanlar Şurasının rəisi və başqa idarə və təşkilatlardan gəlmiş qonaqlar toplantıda nitq söyləyiblər.