IQNA

Belçikada 2014-cü ildə İslamın sürətli inkişafı

8:38 - April 14, 2014
Xəbər sayı: 1394918
Şəfəqna (Şiə Xəbər Agentliklərinin Beynəlxalq Həmkarlığı): İslamın Avropada sürətli inkişafı artıq hamı üçün inkarolunmaz bir dərəcəyə çatmışdır. Və hamı bilir ki, İslam Avorpa qitəsinin ayrılmaz bir hissəsinə çevirilmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ŞƏFƏQNA" xəbər agentliyinə  istinadən verdiyi xəbərə görə "İslam Vətən" xəbər saytının hazırladığı xəbərdə deyilir ki, İslam 2014-cü ildə Belçikada sürətli inkişafa başlayıb. Bu ölkənin şəhərləri arasında Antropen şəhərinə işarə etmək olar ki, İslam bu şəhərdə 2014-cü ilin əvvəllərində ən geniş və sürətlə yayılan dinə çevirilmişdir.
Bu şəhərin məktəblərinin 50 faizindən çoxunda İslam tədris olunur. Hər gün məscidlərin sayına artırılır. Bu bir haldadır ki, şəhərin tarixi irsi və mövcud kilsələrin sayı bu şəhərin qədim məsihi tarixindən xəbər verir.
Qeyd edək ki, təqribən 40 il bundan öncə İslam dini Belçikada ölkənin rəsmi dinlərindən biri kimi qeydə alınıb.
Hal-hazırda bu ölkədə 500 mindən çox müsəlman yaşayır.

70860

captcha