İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "rtbf" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İŞİD terrorist qruplaşmasının rəisi "Əbu Bəkr Əlbəğdadi"nin "İslam Xilafəti" yaratmaq barədəki sarsaq çıxışları o qədər inanılmaz və əcayib səslənib ki, "fintə şeyxi" adı ilə məşhurlaşmış və həmiə ifratçı qruplardan tərəfdarlıq etmiş və "Müsəlman Alimlərin Beynəlxalq Birliyi" rəisi Yusif Qərzavi öz yeni çıxışında Bağdadinin bu işini İslam şəriətinə zidd hesab edib.
Qərzavi deyib: Biz ümid edirk ki, İslam Xilafəti zamanı müsəlman ölkələrinə qayıdacaq, amma İŞİD terrorist qruplaşmasının İraq və Şamda fəaliyyətləri İraq əhli-sünnəsinin və "Suriya İnqilabı" üçün mənfi sonluqla nəticələnə bilər.
İŞİD "İslam Xilafəti" elan etməsinin İslama heç bir xeyri yoxdur. İslam Xəlifəsi ünvanı xüsusi bir qruplaşmaya aid deyil, bu işdə bütün müsəlmanlar təsirli olmalıdırlar.