İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİR prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhani BMT-na göndərdiyi bəyaniyyədə işğalçı sionist rejiminin Qəzzəyə hücumlarını kəskin şəkildə məhkum edərək region üzrə məsul təşkilatlardan və beynəlxalq qrumlardan tez bir zamanda öz qanuni və insani vəzifələrinə əməl etmələrini və Qəzzənin mühasirəsinin ləğv edilməsi yönündə təcili addım atmalarını tələb etdi.
Bəyaniyyədə deyilir: "Sioistlərin dinc sakinlərə qarşı keçirdiyi geniş miqayaslı hərbi əməliyyatlar nəticəsində insanların evləri dağıdılmış, qoca və körpələr öldürülmüş, yüzlərlər qadın və kişi yaralanmışıdr. Bütün bunlar İnsan haqlarının aşkar və kobud pozuntusudur. Sionistlərin son addımları region və dünyanın təhlükəsizliyini təhdid edir".
Dr. Ruhani vurğulayır: "Mən İran İslam Respublikasının prezidenti və Qeyri-mütəəhhdilər hərəkatının rəisi olaraq bu hücumları kəskin şəkildə məhkum edir və tələb edirəm ki, region üzrə məsul təşkilatlar və beynəlxalq qrumlar tez bir zamanda öz qanuni və insani vəzifələrinə əməl etsinlər və Qəzzənin mühasirəsinin ləğv edilməsi yönündə təcili addımlar atsınlar. Fələstinə humanitar yardımların göstərilməsi tezləşsin və sionist cianyətkarkarı təqib və mühakimə olunsunlar.
Təəssüf edirəm ki, BMT-nin Təhlükəsizlik Şurası öz vəzifəsini yerinə yetirməkdə acızdir və cari hərbi təcavüzlərin qarşını ala bilmir. Həmçinin bu şuranın üzvlərindən tələb edirəm ki, tez bir zamanda və hər hansı bir qeyd və şərtsiz öz vəzifələrinə əməl edərək bu zalimcəsinə təcavüzə son qoysunlar".