
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "my.we" xəbər saytına istinadən verdiyi xəbərə görə Quran-Kərim, müasir elmlər və simvolizm" seminarı cari ilin avqust ayının 9-da Banqladeşin "Çitaqanq" şəhərində keçiriləcəkdir. Bu seminarda Pana Çudri – Quran-Kərimin Bənqal dilinə ilk mənzum tərcüməsinin müəllifi və "İlahi simvolların sirləri" kitabının yazarı, çıxış edəcəkdir.
Banqladeşin "Çitaqanq" şəhərində keçiriləcək bu seminarın hədəfi Quran-Kərimin müxtəlif məna çalarları, baxış bucaqları və tanınmamış sirlərini tanıtdırmaq, insanları İslam dininin simvolları və Quranın dərinliklərində yatıb qalmış modern elmlərlə tanış etməkdir.
Quran-Kəriminin nəhayətsiz dərəcədə əqli möhkəmliyi, elm və agahlıq mənbəsi olmasını digər dinlərin tərəfdarlarına aşılamaq da bu bir günlük seminarın hədəflərindəndir.