IQNA

İslam və Amerika əlaqələri şurası:

İŞİD-ə qoşulmuş cavanların çoxu peşmandırlar, amma qayıdış yolları yoxdur

19:29 - September 05, 2014
Xəbər sayı: 1446814
Beynəlxalq qrup: Yalnçı təbliğatlara uyaraq yolunu azmış müsəlman cavanlarının çoxu İŞİD-ə qoşulduqlarına peşmandırlar, onların törətdikləri cinayətlərdən qorxuya düşüblər, amma bu cinayətkar dəstəni tərk edərək, ordan çıxmağa çalışdıqda onları öldürürürlər.


Beynəlxalq qrup: Yalnçı təbliğatlara uyaraq yolunu azmış müsəlman cavanlarının çoxu İŞİD-ə qoşulduqlarına peşmandırlar, onların törətdikləri cinayətlərdən qorxuya düşüblər, amma bu cinayətkar dəstəni tərk edərək, ordan çıxmağa çalışdıqda onları öldürürürlər.



İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "boston herald" xəbər saytına istinadən verdiyi xəbərə görə İslam və Amerika əlaqələri şurası ikinci amerikalı jurnalistin başının İŞİD terrorist qruplaşması tərəfindən kəsilməsi videosunun yayılmasının ardınca bəyaniyyə yayaraq bu vəhşi terroristərin cinayətlərini məhkum edərək bildirib ki, yalnçı təbliğatlara uyaraq yolunu azmış müsəlman cavanlarının çoxu İŞİD-ə qoşulduqlarına peşmandırlar, onların törətdikləri cinayətlərdən qorxuya düşüblər, amma bu cinayətkar dəstəni tərk edərək, ordan çıxmağa çalışdıqda onları öldürürürlər.



Niha Əvəz - İslam və Amerika əlaqələri şurasının icraçı müdiri, deyib: Azdırılaraq İŞİD-ə qoşulmuş cavanların geriyə qayıdış yolu yoxdur.



O, ikinci amerikalı jurnalistin başının İŞİD terrorist qruplaşması tərəfindən kəsilməsi videosunun yayılmasından təəssüfləndiyini bildirərək İŞİD-in vəhşiliklərini kəskin şəkildə pisləyib və deyib: Ədaləttələb və sülhsevər İslam dininə inamı və inancı olan heç bir kəs günahsız və qeyri-nizami bir insanı bu cür vəhşicəsinə öldürə bilməz.



O vurğuladı: İŞİD-in İraq və Suriyada İslami xilafət təsis edəcəyi iddialarına baxmayaraq, İslam və bu cinayətkar qruplaşma arasında heç bir müştərək nöqtə yoxdur.  



1446367  

Teqlər: İŞİd ، terror ، amerika ، İraq ، Şam
captcha