İQNA- (Beynəlxalq Quran Xəbər Agentliyi) Qərbi Asiya şöbəsinin verdiyi xəbərə görə "Kəramət 10 günlüyü"ndə Bakının Buzovna qəsəbəsinin Cümə məscidində İmam Rzanın (ə) İranın Məşhəd şəhərindəki ziyarətgahını 14 iranlı fəxri qonağın da qatıldığı bayaram tədbiri qeyd edilib. Mərasim avqustun 4- də məğrib namzıından sonra başlayıb.
Məscidin axudu Hacı Sultan Əlizadə qonaqlara xoşgəldin deyərək sözünü şerlə davam etdirib.
İranın Bakıdakı mədəniyət idarəsinin rəhbəri İbarhimi çıxış edərək İranın 200 və dünyanın 10 ölkəsində “Günəşin kölgəsi altında” devizi ilə “Kəramət ongünlüyü” keçirildiyi haqqında dinləyicilərə məlumat verib. Natiq, İmam Rzanın (ə) həyat və kəlamları barəsində maraqlı məqamları açıqlayıb.
Əhli- beyt şairi hacı Aif Buzovnalı da öz şerləri ilə məclisə töhfəsini bəxş edib.
Qeyd edək ki, İmam Rzan(ə) və onun bacısı Həzrət Məsumənin (s) doğum günləri arasındakı on günlük, xüsusi bayram əhval-ruhiyyəsi ilə qeyd edilir.
Məclisin sonunda İmam Rzanın (ə) həyatı barədə məclis iştirakçılarına kitabça paylanılıb.