IQNA

Səudiyyənin baş müftisi də İŞİD-ə müharibə elan etdi

1:49 - September 09, 2014
Xəbər sayı: 1448195
Beynəlxalq qrup: Əbdül-Əziz Al-Şeyx - Səudiyyə Ərəbistanın baş müftisi, dünən, sentyabr ayının 7-də İŞİD zülmkar terrorist qruplaşmasına qarşı tədbir görülməsini tələb etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Press TV" peyk xəbər kanalına istinadən verdiyi xəbərə görə Əbdül-Əziz Al-Şeyx - Səudiyyə Ərəbistanın baş müftisi, dünən, sentyabr ayının 7-də İŞİD-i zülmkar, qaniçən, işğalçı və terrorist adlandıraraq onlara qarşı döyüşməyin zəruriliyini deyib.



O vurğulayıb: Onlar müsəlmanlarla döyüşdüyü üçün müsəlmanlar da onlara qarşı döyüşməli və öz canlarını və dinlərini onların şərrindən qorumalıdırlar.



Əbdül-Əziz Al-Şeyx - Səudiyyə Ərəbistanın baş müftisi, deyib: Onlar döyüşə başladıqları gündən qətliamlar edirlər. Onların qətliamları çox faciəli şəkildə baş verir və İslamın adını ləkələyir.



O, İŞİD-in cinayətlərini məhkum edərək onu İslamın birinci dərəcəli düşməni adlandırıb.



O deyib: İfratçılıq və radikallığın müqəddəs din olan İslamla heç bir əlaqəsi yoxdur.



Baş Müftinin belə birdən birə mövqe dəyişdirməsi İŞİD-in Qurban bayramında Ərəbistana hücum edəcəyini deməsi ilə baş vermişdir.  



Qeyd edək ki, İŞİD-çilər Suriya və İraqda cinayətlər törətmiş, şiələrə, sünnilərə və qeyri-müsəlmanlara rəhm etməmişdir.



İraq rəsmiləri Ərəbistan və Qətər dövlətlərini İŞİD-in cinayətlərinin cavabdehi bilirlər. İŞİD həmçinin sionist təhlükəsizlik qüvvələrinə də casusluq edir.  



1447838 

Teqlər: İŞİd ، al ، şeyx ، terror ، ərəbistan ، İraq
captcha