IQNA

Əl-Əzhərin böyük alimləri və başçıları: İŞİD İslam dövləti deyil

15:10 - September 22, 2014
Xəbər sayı: 1452731
Beynəlxalq qrup: Misirin "Əl-Əzhər" universitetinin başçılarından ibarət olan "Böyük Alimlər Heyəti" bəyaniyyə yayaraq elan etdilər: "İslam dövləti adını İŞİD-ə aid etmək doğru deyildir və bu terrorist qruplaşmaya "İslam dövləti" demək və onların haqqında belə bir ifadə işlətmək İslamı və müsəlmanları aşağılamaq və təhqir etməkdir".


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alsumaria-news" informasiya və xəbər saytına istinadən verdiyi xəbərə görə Misirin "Əl-Əzhər" universitetinin başçılarından ibarət olan "Böyük Alimlər Heyəti" dünən, sentyabr ayının 21-də bəyaniyyə yayaraq elan etdilər: "İslam dövləti adını İŞİD-ə aid etmək doğru deyildir və bu terrorist qruplaşmaya "İslam dövləti" demək və onların haqqında belə bir ifadə işlətmək İslamı və müsəlmanları aşağılamaq və təhqir etməkdir".



Bəyaniyyədə vurğulanır: İŞİD-çi terrorist ünsürlər özlərini İslam dövləti və İslam ümmətinin nümayəndəsi adlandırmaqda çöx böyük səhv edirlər. Bu azğın ünsürlər digər millətlərin özlərinə hakim seçmə hüququnu tapdalayırlar.



Bu terrorist qruplaşmasının özləri barədə "İslam dövləti" ifadəsini işlətməkləri aşkar şəkildə İslam və müsəlmanları təhqir etməkdir. Ərəb və Misir KİV-lərinin İŞİD terrorist ünsürləri haqqında bu ifadəni (İslam dövləti) istifadə etmək haqqı yoxdur.



"İslam dövləti" Əl-Əzhərin sənəd və qanunlarına əsasən həmin modern "Milli Demokratik" dövlətdir ki, İŞİD heç vaxt belə xüsusiyyətlərə sahib olmayıb və bu xüsusiyyət onda yoxdur. Buna görə "İslam dövləti" adını bu terror qruplaşmasına aid etmək qadğandır.  



Qeyd edək ki, İŞİD əvvəlcə özünü "İraq və Şam İslam dövləti" (İŞİD) adlandırdı, sonra isə onu qısa olaraq "İslam dövləti" (İD) adı ilə dəyişdi.


Teqlər: İŞİd ، İraq ، Şam ، İD ، misir ، əl ، əzhər
captcha