İQNA: Şeyx Bilal Səid Şəban - Livanın əhli-sünnə məzhəbinin İslami Vəhdət (Tövhid) Hərəkatının Baş Kataibi və Livanın Trablos şəhərinin "Ət-tövbə" məscidinin əhli-sünnə Cümə Xətibi, İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində müsəlman ümməti arasındakı ixtilaf və düşmənçiliklərin Quran baxımından həlli yolunun yalnız sülh olduğuna işarə edərək dedi: "Biz, müsəlmanlar arasında yaranmış xırda ixtilaf və xüsumətlərin düşmənçilik və bir-birimizə qarşı kinəyə çevirilməsinə icazə verməməliyik. Əgər müsəlmanlar aralarında yaranmış bu ixtilafların həllində həqiqətən də Quran yolunu getmiş olsalar heç vaxt xırda və cüzi keşməkeşlər böyük düşmənçiliyə çevirilməz. Çünki Allah-Taala Quran-Kərimin "Hücurat" surəsinin 9-cu ayəsində buyurur: "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!". Bu ayaəyə görə aralarında ixtilaf düşmüş müsəlmanların işlərinin ən yaxşı çarə yolu "sülh"dür və onların arasında sülh yaradaraq düşmənçiliyə son qoymaqdır.
Şeyx Bilal bəzi müsəlman qrupların radikal və ifratçı hərəkətlərinə işarə edərək, bunu "ğülv" adlandırdı. Və "ğülv"ün yaranma səbəbini isə dini təfəkkürdəki radikallıq hesab edti. O, Peyğəmbərdən (s) bu barədə hədisə (هلک المتنطعون) işarə edərək radikallığın sonunun həlakət olduğunu da vurğuladı.
Baş Katib doğru yolu tapmaq üçün ən yaxşı vəsilənin "orta yol" olduğunu vurğulayaraq bu barədə ayə və hədislərə istinad etdi. O dedi: Quran ayələri müsəlmanları bir-birinin qardaşı hesab edir və Peyğəmbər (s) bu barədə buyurur ki, "المسلم أخ المسلم آحب أم کره" müsəlman müsəlmanın qardaşıdır, bir-birilərini sevsələr də sevməsələr də. Həmçinin hər kəs ixlasla desə ki, Allah-Taala təkdir - " من قال لا اله الا الله مخلصاً دخل الجنة" – (və tövhidin şərtlərinə əməl etsə) cənnətə daxil olacaqdır.
Tarablos şəhərinin Ət-Tövbə məscidinin xətibi vurğuladı: Bizim şüarmız və yolumuz bu növ hədislər olmalıdır. Biz "Allahdan başqa Allah yoxdur və Məhəmməd onun rəsuludur" deyən hər kəsi müsəlman olaraq qəbul etməli, onun digər əqidə görüşlərini Allahın öhdəsinə qoymalıyıq. Bizim əzab etmək və ya mükafatlandırmaq hüququmuz yoxdur.
Buna görə də heç kimin haqqı yoxdur ki, digər müsəlmanı kafir adlandırsın. Nə şiə və nə də sünnilərdən heç kəs özünü eyni həqiqət və digərlərini müxalif fikrə görə kafir adlandıra bilməz. Heç kimin şəxsi fikri ədalət tərəzisi deyil ki, ona düz gəlməyini batil adlandırsın. Quran-Kərim İsra surəsinin 84-cü ayəsində buyurur: قُلْ کُلٌّ یَعْمَلُ عَلَى شَاکِلَتِهِ فَرَبُّکُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَى سَبِیلًا - De: “Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!”
Təfəkkürdə və etiqadi baxışlarda müxtəliflik məsələsi bir kateqoriyadır ki, Allah-Taala bu ayədə ona işarə etmiş və biz bunu qəbul etməliyik.
Biz insanların daxilinin qiymətləndirilməsini Allahın öhdəsinə buraxmalıyıq və kimsəni daxilən pis olmaqda günahlandıra bilmərik. Buna görə də özünü müsəlman hesab edən hər bir kəslə müsəlman kimi davranmalıyıq.
İslam dini bütün dini azlıqlara ehtiramla yanaşdığı və onlarla sülhdə yaşamağı tövsiyə etdiyi halda təkfirçi terroristlərin İslam dövləti adına qeyri-müsəlmanları qətliam etməsi heç ünvanla İslami və insani deyildir.
Livanın İslami Vəhdət Hərəkatının Baş Kataibi İŞİD-in tərətdiyi fitnələrə işarə edərək dedi: Əhl-Sünnələrdən bəzisinin İraqda İŞİDƏ qoşulması kimi şayiələr sünni və şiələr arasında fitnəni qızışdırmaq üçündür. İraqda həm sünni və həm də şiələr zülmə məruz qalıblar. Sünni qardaşlar ayıq-sayıq olmalı və bu vəhşicəsinə törədilmiş qətliamların səbəbkarı kimi şiələri suçlamamalıdırlar.
O əlavə etdi: Bu gün İslam düşmənləri İraq, İran, Livan və Fələstində hərəkətdə olan İslam müqavimətini sarsıtmaq və məhv etmək üçün İŞİD kimi terroristlər və radikal təfəkkürdən istifadə edir. Onlar bundan istifadə edərək fikir ayrılıqlarınə İslam ümməti arasında qanlı döyüşlərə və düşmənçiliyə çevirmək istəyirlər. Bu fitnədən salamat çıxmağın yeganə yolu Qurana sarılmaqdır. Quran-Kərim bu ümmətin tərifində buyurur: (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız" – (Ali-İmran, ayə:110).
Şeyx Bilal sonda bütün İslam ümmətindən, ümmətindən alimlərindən və bütün məzhəblərin davamçılarından istədi ki, Allah-Taalanın Quran-Kərimdə buyurduğu bu mübarək ayəsini öz həyat və siyasət sərlövhəmiz edək:
«یَا أَیُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاکُم مِّن ذَکَرٍ وَأُنثَى وَجَعَلْنَاکُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَکْرَمَکُمْ عِندَ اللَّهِ أَتْقَاکُمْ»
Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. – (Hücurat, ayə:13).
1452648