İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Sovtul-İraq” xəbər agentliyinin virtual xəbər səhifəsinə istinadən verdiyi xəbərə görə Şeyx Əbdül-Mehdi Kərbəlayi, İmam Hüseynin (ə) ziyarətgahında qılınan Kərbəlanın Cümə namazı xütbələrində (3 oktyabr) silahlı terrrorist qruplaşmalarının müqəddəs ziyarətgahları hədəfə alaraq firqə və tayfalar arasında fitnə yaratmaq istəmələri barədə xəbərdarlıq edərək dedi: Keçən aylar ərzində İraqın müqəddəs məkanlarının və ziyarətgahlarının qorunmasında və İŞİD terroristləri ilə mübarizəsində İraq ordusunun və xalq könüllüləri bölməsinin göstərdiyi fədəkarlıqları çox ali dərəcədə qiymətləndiririk.
Sonra o əlavə etdi: İraq ordu qüvvələri müqəddəs məkanlar və ziyarətgahlar olan yerləri, o cümlədən “Bələd” şəhərindəki Seyid Məhəmməd bin İmam Hadi (ə) ziyarətgahını qorumaqda daha da diqqətli olmalıdırlar.
O vurğuladı: İraq ordusunun əsas və müqəddəs məmuriyyəti İraqın müdafiəsiz qalmış dinc və günahsız sakinlərini, onların canlarını və mallarını İŞİD terroristlərinin hücumlarından qorumaqdır.
Şeyx Əbdül-Mehdi Kərbəlayi dedi: Milli Qoşunun yaranmasında dini, məzhəbi ayrılıq və tayfa məsələləri kimi məsələlər təsirə malik olmamalıdır. Təhlükəsizlik qüvvələri bu xidmətə cəlb olunanlarda təkcə fərdi bacarıq və ləyaqəti seçim meyarı etməlidir.