IQNA

İtaliyada Halal markasının təqdimatı

14:05 - July 03, 2010
Xəbər sayı: 1950014
Beynəlxalq sektor: İtaliyada İslam hökmləri əsasında halal ərzaq məhsullarının istehsalı üçün Halal markasının təqdimatı olub.
İQNA İran Quran xəbər agentliyi Vətən qəzetinə istinadən bildirir ki, İtaliyanın paytaxtında XİN-nin qərərgahında keçirilən təqdimat mərasimində xarici işlər naziri Franko Frantini, Səhiyyə naziri Firoço Fazyo və başqa rəsmilər iştirak ediblər. Bu layihə Milanın Ticarət mərkəzinə məxsusdur. Mərkəz İslam şəriətinə uyğun məhsullara Halal etiketi vuracaq dəzgahı da təqdim edib.
Xarici işlər naziri bildirib ki, Halal markasının gündəmə gətirilməsində məqsəd müsəlmanların ərzaq tələbatını lazımı səviyyədə təmin etməkdir.

607805
captcha