Beynəlxalq sektor: İİR-də keçirilən 27-ci benəlxalq Quran müsabiqəsinə qatılmış əlcəzairli qari Məhəmmədşərif Məhəmmədəmin bildirib ki, Qurani-Kərimə kompleks yanaşmaq lazımdır və beynəlxalq müsabiqə təkcə hifz və qiraətlə kifayətlənməməlidir.
İQNA İran Quran xəbər agentliyi ilə söhbətində qari Məhəmmədşərif Məhəmmədəmin bildirib ki, təfsir və arqumentasiya da daxil olmaqla Quranla bağlı elmlər çoxdur. Qari fiqh, üsul, hədis sahəsində mövzuların araşdırılmasını zəruri nöqtə kimi qeyd edib. Məşhur qari İranın xanımlar üçün də müsabiqə keçirmək imkanına malik olduğunu və bunu arzuladığını dilə gətirib.
612896