İQNA İran Quran İnformasiya Agentliyi Tanzaniyada İranın mədəniyyət mərkəzinin məsulu Mustafa Rəncbər Şirazi ilə söhbətləşib. Mustafa Rəncbər Şirazi bildirib ki, Tanzaniya paytaxtında Qüds günü şiə və sünnə əhli məscidlərinin imam-camaatlarının, Tanzaniya şiə cəmiyyəti (TİC) nümayəndələrinin təşəbbüsü və hazırladığı proqram üzrə keçiriləcək. Şirazi mərasimin əsas təşəbbüsçülərindən birinin İran mədəniyyət mərkəzinin olduğunu bildirib. Nəzərdə tutulmuş proqrama əsasən, tədbirdə İran, Fələstin, Suriya səfirləri çıxış edəcək, kitab sərgisi təşkil olunacaq, plakatlar yayımlanacaq.
644169