IQNA

Azərbaycanın təhsil müəssisələrində hicaba rəsmi qadağa!

15:15 - November 22, 2010
Xəbər sayı: 2036024
Beynəlxalq şöbə: Artıq Azərbaycanda orta və Ali təhsil müəssisələrində hicaba qadağa qoyulması dövlət naziri tərəfindən təsdiqini tapdı.
İQNA Quran agentliyi İslam-Azeri.az İnternet qəzetinə istinadən məlumat verir ki, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyanat verib.
"Lazım gələrsə, biz məktəbə məktəbli formasında gəlməyən şagirdləri dərsə buraxmayacağıq", -deyə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov şagirdlərin dərsə hicabda gəlməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, artıq Azərbaycanda məktəbli formasına keçilib: “Ona görə də kimliyindən asılı olmayaraq, bütün məktəblilər dərsə məktəbli formasında gəlməlidir”.
captcha