İQNA Quran agentliyi Fransanın AFP agentliyinə istinadən məlumat verir ki, nazirliyin bəyanatında bildirilir ki, İordaniyada yağış yağmadığı üçün Allahın dərgəhına sığınaraq ölkə vətəndaşlarından istəyirik ki, cümə axşamı paytaxtda istisqa namazı qılsınlar.
Nazirlik əhalidən istəyib ki, istisqa namazından üç gün öncədən oruc tutub dualar etsinlər. Namazda nazirliyin işçiləri də iştirak edəcəklər.
Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək İordaniyada yağış yağmayıb və bu məsələ ölkənin su ehtiyatına və əkinçilik sahələrinə mənfi təsir göstərib.
İstisqa Allah dərgahından yağış tələb etmək üçün qılınan namazdır. Bu namaz quyularda və bulaqlarda suyun azaldığı vaxt və eləcə də yağış yağmayan zaman qılınır . Fitir və Qurban bayramı namazı kimi iki rükətdir qılınır. 702192