İQNA Quran agentliyi “SESRİC” saytına istinadən məlumat verir ki, sammitdə İslam Konfransı Təşkilatına üzv ölkələrin dövlət başçıları iştirak edəcək. Sammitdə islami ölkələrin və müsəlmanların problemləri və onların həlli yolları müzakirə olunacaq.
Sammitdə Əfqanıstandakı mövcud vəziyyət və digər məsələlər müzakirə olunacaq. Ötən gün İKT-nin Baş katibi Ekmaləddin İhsanoğlu Misirin xarici işlər naziri Əhməd Əbulğeyzlə görüşüb və bu məsələni müzakirə edib. İKT dövlət başçılarının sammiti hər üç ildən bir İKT-yə üzv ölkərin birində keçirilir. 703833