IQNA

Fransa Müsəlmanlar Şurası “Roanne” məscidinə olan hücumu pisləyib

0:27 - December 08, 2010
Xəbər sayı: 2044195
Beynəlxalq şöbə: Fransa Müsəlmanlar Şurası (CFCM) dekabrın 7-də bəyanat yayaraq Roanne şəhər məscidinə naməlum şəxslərin hücumunu pisləyib və tənqid edib.
İQNA Quran agentliyi “Leprogres” saytına istinadən məlumat verir ki, Fransa Müsəlmanlar Şurası (CFCM) bəyanatda Fransanın müxtəlif şəhərlərində müsəlmanlara qarşı hücumların artması, irqçi şəxslərin islami və ibadət ocaqlarına hücumunun artdığını bəyan edib və bu kimi işlərin qarşısını almaq üçün tez bir zamanda ölçü götürülməsini tələb edib.
Bəyanatda bildirilir ki, bu kimi hərəkətlər əhali arasında inamsızlıq yaratmaqdan başqa bir işə yaramır. İnsanlığa zidd olan bu kimi hərəkətləri edənlər müxtəlif din mənsubları arasında təfriqə yaratmaqdan başqa bir hədəfə xidmət etmirlər.
CFCM həmçinin ölkə müsəlmanlarından istəyib ki, belə təhrik edici hərəkətlərin qarşısında səbirli olsunlar. Şura irqçilik və dinə zidd hərəkətlərin qarşısını almaq məqsədi ilə Parlamentdə komitə yaradılmasını istəyib.
Bazar günü axşam naməlum şəxlsər Roanne şəhər məscidinə hücum edib, məscidin pəncərələrinin şüşələri sındırılıb. Məscidin divarlarında islama zidd şüarlar yazılıb. 708251
captcha