IQNA

Belçikada "Müsəlman və vətəndaş hüquqları" adlı konfrans təşkil olunacaq

9:35 - December 09, 2010
Xəbər sayı: 2044946
Beynəlxalq şöbə: Dekabrın 16-da Belçikanın Bruksel şəhərində "Müsəlman və vətəndaş hüquqları" adlı konfrans təşkil olunacaq.
İQNA Quran agentliyi " conference-islam" saytına istinadən məlumat verir ki, bu konfrans yerli vaxtla saat 19 da başlayacaq. Konfrans Belçika Mədəniyyətlərarası İslami Birliyinin (LİİB) təşkilatçılığı ilə keçirilir.
Belçika Mədəniyyətlərarası İslami Birliyi maraqlananları konfransda iştirak etməyə dəvət edib. Konfransda vətəndaşlıq hüquqlarının icrasında İslamın əsasları və şəriətdə digər din mənsublarının hüquqları kimi mövzular müzakirə olunacaq.
Konfransda hüquqşünaslar və islami məsələlər üzrə ekspertlər iştirak edəcək və iştirakçıların suallarını cavablandıracaq.
Belçikada yaşayan dini elmlər üzrə alim Həsən Əmduni İslami hüquq sahəsində çıxış edəcək. 709150
captcha