Beynəlxalq şöbə: Qurani Kərim maarifi və mədəniyyəti mərkəzinin ensiklopediya üzrə şöbənin rəhbəri höccətül-islam Əli Xorasani bildirib ki, gələn ilin ortalarına kimi Livanda Ərəb dilində Quran ensiklopediyası çap olunacaq. Bu kitab iki cilddə çap olunacaq və ensiklopediya əlifba sırası ilə tənzimlənib.
Iranın Qurani Kərim maarifi və mədəniyyəti mərkəzinin ensiklopediya üzrə şöbənin rəhbəri höccətül-islam Əli Xorasani İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, ensiklopediyanın fars dilindən ərəb dilinə tərcüməsinə üç il öncədən başlanılıb və hazırda bu iki cildlik kitab redaktə olunur.
O bildirib ki, yaxın gələcəkdə Quran ensiklopediyasının İngilis dilinə tərcüməsinə başlanılacaq. “Gələn ilin əvvəllərindən (İranda il mart ayında başlayır) bu məsələni gündəlikdə saxlayacağıq və Quran ensiklopediyasının İngilis dilinə tərcüməsi üçün etibarlı mərkəzlərlə danışıqlara başlayacağıq”, -deyə Xorasani deyib.
Xorasanı deyib ki, biz çalışırı Quran ensiklopediyasını ingilis dilində yüksək səviyyədə tərcümə edək. 720734