İQNA Quran agentliyinin məlumatına əsasən, Əfqanıstan xarici işlər naziri Zelmi Rəsul ötən gün İKT baş katibinin nümayəndəsi Munir Osmanla görüşüb.
Görüşdə Osman İKT-nin Kabildə siyasi ofisinin açılmasını Əfqanıstan və İKT arasında münasibətləri inkişaf etdirmək məqsədi ilə atıldığını deyib. O bildirib ki, İKT 2011-ci ilin mart ayında Əfqanıstanla bağlı fövqəladə iclas keçirəcək.
Görüşdə İKT nümayəndəsi və Əfqanıstan XİN rəhbəri Əfqanıstandakı mövcud vəziyyət haqda danışıblar. 723449