İQNA Quran agentliyinin İƏMT-yə istinadən məlumatına əsasən, təqdimat mərasimi yerli vaxtla saat 14-də keçiriləcək. Mərasimdə İƏMT-nin rəhbəri Məhəmməd Baqir Xörrəmşad, Şərq Təfəkkürü müəssisəsinin rəhbəri höccətül-islam vəl-müslimin Rəbbani, mədəniyyət işçiləri, müəllimlər və İspan dili üzrə universitet tələbələri iştirak edəcəklər.
Quranın İspan dilinə yeni tərcüməsi İƏMT-nin İslami Maarifinin nəşri və tərcüməsi mərkəzinin dəstəyi ilə “Şərq Təfəkkürü” müəssisəsi tərəfindən tərcümə olunub.
Qeyd edək ki, Quranın İspan dilinə yeni tərcüməsinin təqdimatından sonra İranın Rusiyadakı mədəniyyət müşavirliyinin təşəbbüsü ilə tərcümə olunmuş Mövlananın “Məsnəvi” və İmam Xumeyninin “Qırx hədis” kitablarınn təqdimatı keçiriləcək. 759144