IQNA

Bu gün Bəhreyndə “Azadlıq şənbəsi” günü adlandırılıb

17:54 - April 09, 2011
Xəbər sayı: 2102858
Beynəlxalq şöbə: Bəhreynin “14 fevral İnqlab Gəncləri” koalisiyası aprelin 9-unu “Azadlıq şənbəsi” adlandıraraq ölkə vətəndaşlarını Manama şəhərinin Şəhidlər meydanına toplaşmağa çağırıblar.
İQNA Quran agentliyinin “Əl-Aləm” saytına istinadən məluamtına əsasən, Bəhreynin 14 fevral İnqilab Gəncləri koalisiyası əhalini birləşərhə Şəhidlər meydanında dinc aksiya keçirməyə çağırıb. Gənclər əhalini Şəhidlər meydanı istiqamətinə öz avtomobilləri ilə hərəkət etməyi və meydana yaxın bir yerdə avtomobildən düşərək meydana toplaşmağı istəyib.
Qeyd edək ki, Bəhreyn və Səudiyyə Ərəbistan hərbiçiləri ötən gecə Bəhreynin müxtəlif regionlarında kəndlərə o cümlədən Sar kəndinə hücum edərək göz yaşardıcı güllələr ataraq əhalinin “Allahu Əkbər” şarlarını susdurmağa çalışıblar.
Dünyanın müxtəlif ölkələrində o cümlədən İran, Misir, Kuveyt, İraq, Livan və bəzi digər Apropa ölkələrində Bəhreyn xalqına dəstək mitinqləri keçirilir. Mitinq iştirakçıları Səudiyyə rejimi hərbiçilərinin Bəhreyn xalqının dinc aksiyalarını qətliama çevirilməsi pislənilib. 771073
captcha